1992-ci ildən fəaliyyət göstərən “Günay Bank” ASC nizamnamə kapitalını 49 milyon 982 min 350 manat artırır.
Fins.az marja.az-a istinadən xəbər verir ki, 04 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Günay Bank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.
Səhmlərin hər birinin nominal dəyəri 4783 manat, sayı isə 10450 ədəd təşkil edir.
Yerləşdirmədən sonra Bankın nizamnamə kapitalı 21 milyon 98 min manatdan 71 milyon 80 min 350 manata yüksələcəkdir.