Azərbaycanın ən böyük kommersiya banklarından olan "Paşa Bank" bu ilin ilk yarısında reklama 485 min manat və ya 618 min dollar vəsait xərcləyib. Fins.az-ın məlumatına görə, bu barədə bankın dünən açıqladığı maliyyə göstəricilərində bildirilir. Reklam xərcləri ilə yanaşı, "Paşa Bank" xeyriyə və sponsorluq fəaliyyətinə 683 min manat və ya 870 min dollar vəsait xərcləyib. Ümumilikdə ilk yarım ildə bankın bütün xərcləri 13 milyon 543 min manat olub. Bunun böyük hissəsi - 5 milyon 789 min manatı işçilərə xərclənib.