30 Oktyabr

Bəzi banklar ləğv oluna bilər

Azərbaycanda 5-6 bankın məcmu kapitalla bağlı problemi var. Fins.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bunlardan 2-si xarici kapitallı, qalanları isə yerli kapitallı banklardır: “Xarici banklarla bağlı danışıqlar aparırıq, yəgin ki, onlar kapitala dair hansısa tədbirlər görəcəklər. Yerli banklarla isə müxtəlif variantlar barədə müzakirələr aparırıq. Onların birləşməsi və yaxud bank olmayan kredit təşkilatına çevrilməsi imkanları nəzərdən keçirilir”. Elman Rüstəmov onu da deyib ki, bankların BOKT-a çevrilməsi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması üzərində də iş gedir: “Biz düşünürdük ki, ilin sonuna qədər kapital tələbini yerinə yetirməyən bankların sayı həddindən çox olsun. Amma bu, baş vermədi. Bununla belə, bu cür qanunvericilik bazasının olması müsbət məqamdır və onun üzərində iş gedir”.