Gələn ildən Azərbaycandakı poçt şöbələrində mikrokrelitlərin verilməsinə başlanacaq. Fins.az-ın məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Nazirliyin tərkibində olan "Azerpoçt"a məxsus poçt şöbələrində gələn ildən mikrokreditlərin verilməsinə baslana bilər".
Onun sözlərinə görə, hazırda bununla bağlı huquqi baza formalaşdırılır və gələn ildən pilot layihə kimi bir neçə poçt şöbəsində mikrokreditlərin verilməsinə başlanması nəzərdə tutulur. Nazir bildirib ki, gələcəkdə poçt şöbələri əmanətlərin qəbuluna da başlaya bilər.