Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycanda faiz dərəcələrinin aşağı salınması ilə bağlı addımlarını davam etdirəcək. Fins.az-ın APA-ya istinadən məumatına görə, bu barədə Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı AMB (AMB) sədri Elman Rüstəmov bildirib.
AMB sədrinin sözlərindən məlum olub ki, hökumət ilk növbədə biznes kreditlərini ucuzlaşdırmağa çalışır. E. Rüstəmov deyib ki, maliyyə naziri Samir Şərifov ilə kredit faizlərinin, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır.
Onun sözlərinə görə, əsas hədəflərdən biri biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılmasıdır: “Biz bir sıra amilləri də hərəkətə gətirəcəyik və 2015-ci ildə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atacağıq”.