30 Oktyabr

“Kapital Bank” da taksit kartı buraxdı

“Kapital Bank” özünün ilk taksit kartını - “Kapitalkart”ı təqdim edib. Bankdan fins.az-a verilən məlumata görə, bankın maaş və yaxud pensiya kartına sahib olan müştərilər “Kapitalkart”ı pulsuz əldə edə bilərlər.
Hələlik taksit kartı “Kapital Bank”ın Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən filiallarında almaq mümkündür. Yaxın zamanlarda isə “Kapitalkart” bankın bütün filiallarında veriləcək. Digər taksit kartlarına olduğu kimi “Kapitalkart” vasitəsilə ölkədə və xaricdə ticarət və xidmət nöqtələrində ödəniş etmək və maşın dəyərini hər ay bərabər hissələrlə ödəmək mümkündür. Bu, internetdə alınan mal və xidmətlərə də aiddir. Kart sahibi xərclədiyi məbləği satış 12-24 ay ərzində ödəyir.

Bunda başqa, “Kapitalkart” vasitəsilə “Kapital Bank”ın bankomatlarından nağd pul əldə etmək də mümkündür. Bu pul 1, 3 yaxud 6 ay ərzində taksitlə qaytarılır. Amma bankomatdan pul çıxarmaq üçün yüksək komission haqqı ödəmək lazım gələcək. Belə ki, bankomatdan vəsaitin 1 ay müddətinə çıxarılması üçün 3%, 3 ay müddəti üçün 6% haq nəzərdə tutulub. Bankomatdan 6 aylıq müddətə çıxarılan vəsait üçün isə 10% komissiya ödənilməsi lazımdır. Məsələn, “Kapitalkart”dan 300 manat pul çıxarıb onu 6 aya ödəmək istəyənlər banka 330 manat, yəni ayda 55 manat qaytaracaqlar. Borc ödənildikcə kartın limiti bərpa olunur. “Kapitalkart” pulsuz olaraq “Kapital Bank”ın SMS-banking xidmətinə də qoşulur.