Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 38-sı yanvar-oktyabr aylarını mənfəətlə, 6-ı isə ziyanla başa vurub. Bu barədə fins.az Mərkəzi Banka istinadən xəbər verir.
10 ay ərzində bankların mənfəəti 393,63 milyon manat, zərəri isə 32,26 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 361,37 milyon manat təşkil edib.
Statistikaya əsasən, 38 bankın hər birinin qazancı orta hesabla 10,36 milyon manat olduğu halda, qalan 6 bank orta hesabla 5,38 milyon manat itki ilə üzləşib. Ötən ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 2,48 milyon manat, 1 bank üzrə orta ziyan isə 2,67 milyon manat artıb.