30 Oktyabr

Azərbaycan bankının reytinqi artırıldı

Beynəlxalq reytinq agentliyi “Standard Poor's” Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləyib. Bankdan fins.az-a verilən məlumata görə, bu, Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək və ümumiyyətlə Azərbaycanın özəl bankları arasında ikinci üstün reytinqdir. Xatırladaq ki, “Standard Poor's” "PAŞA Bank"ın reytinqini öncə, 2012-ci ilin sentyabr ayında müəyyənləşdirmişdi və 2013-cü ilin dekabr ayında təsdiqləmişdi.