Ötən gün “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilmiş Elnur Məmmədovun kimliyi məlum olub. Fins.az-ın “Marja” istinadən yaydığı məlumata görə, o, Dövlət Sığorta Kommersiya Şirkətınin (“Azərsığorta”) İdarə Heyyətinin Sədri Məmməd Məmmədovun oğludur.
Elmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olmuşdur. 2004-cü ilin noyabrından “Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından Bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından İdarə Heyəti sədrinin birinci müavini 2009-cu ilin iyunundan isə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, bu vəzifəni 2012-ci ilə qədər tutub.