Azərbaycanın daha bir bankı Yeni İllə əlaqədar komisyon haqlarından imtina edib. “Dəmirbank”dan fins.az-a verilən məlumata görə, dekabrın 15-dən gələn il, yanvarın 31-nə qədər “Dəmirbank”dan 10 min manata qədər kredit götürənlər komisyon haqqı ödəməyəcək. Adi vaxtlarda isə komisyon haqqı kreditin məbləğinin 2%-i qədərdir. Kreditin illik faiz dərəcəsi 25-30%, müddəti isə maksimum 36 aydır.