30 Oktyabr

1 həftəyə 18 milyon manat pul tapmalıdır

Azərbaycan Mərkəzi Bankının kapital tələbi ilə bağlı problemi olan “Yunayted Kredit Bank” nizamnamə kapitalını 5 milyon manat artıraraq 34,8 milyon manata çatdırıb. Bu barədə fins.az Bakı Fond Birjasına istinadən xəbər verir. Gözlədildiyi kimi, kapital artımı səhm emissiyası hesabına baş tutub. Bank dekabrın 18-də 2,5 milyon manatlıq, elə bir o qədər də dekabrın 19-da səhm satıb. “Yunayted Kredit Bank”ın məcmu kapitalı isə 27,3 milyon manatdan 32,3 milyon manata çatdırılıb. Beləliklə, kapitalını lazım olan həddə çatdırmaq üçün qarşıdakı 1 həftə ərzində (2014-cü ilin sonunadək) banka əlavə 17,7 milyon manat lazımdır.