Naxçıvan Muxtar Respublikasında sahibkarlara və fərdi şəxslərə verilən kreditlərin məbləği 13%-dən çox artıb. Bu barədə fins.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, 2014-cü ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə təxminən 47,3 milyon manat kredit verilib. Bu da 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 13,3% çoxdur. Dekabrın 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 37520-ya çatıb. Bunun da 34292-si və ya 91,4 faizi aktiv hesablardır.