30 Oktyabr

“Bank Avrasiya” səhmlərinin nominal dəyərini 25% artırıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Bank Avrasiya” ASC-nin səhm emissiyası barədə məlumat yayıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, emissiya banka məxsus 20 min səhmin nominal dəyərinin 2000 manatdan 2500 manata qədər artırılmasını nəzərdə tutur. Son nəticədə bankın nizamnamə kapitalı milyon manatdan 50 milyon manata qədər artmalıdır.