«Media Consulting Services» şirkəti dekabr ayında ölkə mətbuatında banklar barədə yayılan məlumatların nəticələrini açıqlayıb. Fins.az-ın məlumatına görə, ötən ay populyar bankların siyahısına Azərbaycan Beynəlxalq Bankı başçılıq edib. Dekabrda ABB barədə 571 məlumat yayılıb. Sonrakı yeri 535 məlumatla Unibank turur. Qeyd edək ki, bu iki bank mətbuatdakı populyarlığına görə, digər bankları xeyli qabaqlayır. Müqayisə üçün bildirək ki, siyahıda sonrakı yeri tutan «Bank of Baku» populyarlığına görə, ikinci yeri tutan Unibankdan 2 dəfə geri qalır. Siyahıda 4-cü yeri «Kapitalbank» (248 məlumat), 5-ci yeri isə «Bank VTB» tutur.