30 Oktyabr

Problemli borclar 1,25 milyard dolları keçdi

Azərbaycanda problemli borcların həcmi 1,25 dolları keçib. Fins.az-ın məlumına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumatda bildirilir ki, 2014-cü ilin 11 ayının nəticəsində görə, ölkə banklarının kredit portfeli 18 milyard 151,9 milyon manat təşkil edib. Problemli kreditlərin həcmi isə 981,5 milyon manat və ya 1,25 milyard dollar olub. İlin əvvəlindən indiyədək kredit portfeli 17,7% artdığı halda problemli kreditlərin həcmi 23,8% yüksəlib. Nəticədə problemli kreditlərin ümumi kredit portfelində payı da artaraq 5,4%-ə çatıb.