30 Oktyabr

Ticarətçilərə faizsiz kredit veriləcək

Türkiyədə ticarətlə məşğul olan şəxslərə və sənətkarlara faizsiz kreditlər veriləcək. Fins.az-ın “TRT Haber” telekanalına istinadən məlumatına görə, bunu baş nazir Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, kreditlər Türkiyənin “Xalq Bank”ı tərəfindən veriləcək. Baş nazir qeyd edib ki, hazırda 1 milyondan çox sənətkar bank kreditləri alıb. “Əvvəllər sənətkarlar və tacirlər banklara etibar etmirdilər, ona görə də 2002-cu ildə bank kreditləri alan sənətkarların sayı 60 mini keçmirdi”, - Davudoğlu bildirib. Onun sözlərinə görə, faizsiz kreditin verilməsi üçün 5 milyard lirə vəsait ayrılıb, amma gələcəkdə bu məbləğ 17 milyard lirə təşkil edə bilər.