30 Oktyabr

“Qafqaz İnkişaf Bankı” ili ziyanla başa vurub

2014-cü ilin yekunlarına görə, “Qafqaz İnkişaf Bankı”nın aktivləri 147 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü illə müqayisədə 15% çoxdur.
Bankın kredit portfeli 12,6% artaraq 128 milyon manata, öhdəlikləri isə 21,4% artaraq 83,5 milyon manata çatıb. Bankın depozitləri 6,2% artımla 8,16 milyon manat, o cümlədən əhalinin əmanətləri 24,8% artımla 7,9 milyon manat olub.

Bankın nizamnamə kapitalı 15,4% artaraq 60 milyon manat, məcmu kapitalı isə 7,5% artaraq 63,6 milyon manat təşkil edib.
“Qafqaz İnkişaf Bankı” 2014-cü ili 260 min manat ziyanla başa vurub.

Xatırladaq ki, “Qafqaz İnkişaf Bankı”nın rəhbəri Eldar İsmayılov ölkənin bütün banklarını özündə birləşdirən “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədridir.