30 Oktyabr

“Bank Respublika” 11 milyon manat mənfəət əldə edib

2014-cü ilin yekunlarına görə, “Bank Respublika”nın aktivləri 509,77 milyon manat olub. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü illə müqayisədə 6% çoxdur.
Bankın kredit portfeli 7,4% artaraq 311,5 milyon manata, öhdəlikləri isə 5,8% artaraq 446,7 milyon manata çatıb.
Bankdakı depozitlər 11,4% artımla 344,3 milyon manat, o cümlədən əhalinun əmanətləri 6,7% artımla 172,4 milyon manat təşkil edib.
2014-cü ildə bankın kapitalı 63,1 milyon manat, təmiz mənfəəti isə 11 milyon manat olub.