30 Oktyabr

Azərbaycan banklarından biri adını dəyişdi

Azərbaycan Mərkəzi Bankı “Kövsər Bank” ASC-nin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” ASC-yə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verib. Fins.az-ın məlumatına görə, bu lisenziyaya əsasən bank milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, habelə öz adından və öz hesabına kreditlər vermək, müştərilərin tapşırığı ilə pul köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata kecirmək hüququna malikdir.
Bu arada, yeni bankın korporativ stil (loqo və korporativ dizayn) yaradılması mövzusunda müsabiqə elan edilib. Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları və qeyri rezidentlər iştirak edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən, qalib elan edilən iştirakçı bank tərəfindən 1000 AZN dəyərində mükafatlandırılacaq.
Müsabiqə iştirakçıları təkliflərini fevralın 29-nadək [email protected] ünvanına göndərə bilər. Müsabiqənin nəticələri martın 7-də açıqlanacaq.