“Parabank” Lənkəran şəhərindəki yerləşən filialına müdir vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali iqtisadi təhsilli olmalı, Azərbaycan və rus dillərində sərbəst danışmağı bacarmalı (ingilis dilini bilənlərə üstünlük verilir), hesabat hazırlamağı, yazışmağı, Mərkəzi Bankın bütün təlimatlarını bilməlidir. Bu sahədə 4 il iş təcrübəsi tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
- Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
- Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
- Bankın İdarə Heyətinin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
- Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
- Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
- Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
- Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
- Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
- Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
- Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;
- Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
- Daxili kredit komitələrinə rəhbərliyi həyata keçirmək;
- Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;
Maraqlananlar öz Cv-lərini fevralın 27-nə qədər “filial müdiri” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.