Çin yuanı beynəlxalq hesablaşmalarda ən çox istifadə olunan 5 valyutadan biri olub. Bu barədə fins.az “Bloomberg” agentliyinə istinadən xəbər verir. “SWIFT” – pulköçürmə sisteminin məlumatına görə, ötən ilin dekabr ayında yuanın dövlətlərarası hesablaşmalarda payı 2,17% olub. Şirkətin nümayəndəsi Vim Raymekers bildirib ki, bu, yuanın beynəlmilləşməsi, biznes üçün ənənəvi valyutaya çevrilməsidir. Hazırda aparıcı valyutaların reytinqində liderlik ABŞ dollarına və avroya məxsusdur. Onlar hesablaşmalarda müvafiq olaraq 44,6% və 28,3% payla təmsil olunur. İngilis funt sterlinqi 7,92%-lə 3-cü yerdə qərarlaşıb. Yaponiyanın milli valyutası – yen isə 2,69% payla 4-cüdür.