«Unibank» Dövlət Gömrük Komitəsi əməkdaşlarının 30 yanvar- peşə bayramı münasibəti ilə 0% komissiyasız kampaniya keçirir. Bankdan fins.az-a verilən məlumata görə, gömrük əməkdaşları 30 yanvar- 7 fevral tarixlərində «Unibank» filiallarına müraciət edərək, 10 000 AZN-dək komissiyasız kredit götürə biləcəklər.
Qeyd edək ki, ölkə vətəndaşları artıq iş yerinizdən arayış gətirmədən də «Unibank» filiallarına kredit almaq üçün müraciət edə bilər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.