30 Oktyabr

“Dekabank” ili ziyanla başa vurub

2014-cü ilin yekunlarına görə, “Dekabank”ın aktivləri 92,1 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü illə müqayisədə 50,9% çoxdur.
Bankın kredit portfeli 72,5% artaraq 76,8 milyon manat, öhdəlikləri isə 8,2% artaraq 34,9 milyon manat olub.

Bankın depozit portfeli isə 15,6% azalaraq 5,7 milyon manata,o cümlədən əhalinin əmanətləri 21,8% azalaraq 4,7 milyob manata düşüb.
1 yanvar 2015-ci il tarixinə bankınb nizamnamə kapitalı 2,2 dəfə artımla 52,77 milyon manat, məcmu kapitalı isə 87,3% artımla 53,9 milyon manatdır.
Bank ötən il 153 min manat ziyanla başa vurub.