Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixində ən yüksək həddə ötən ilin iyul ayının yekununda çatıb. Fins.az-ın məlumatına görə, həmin vaxt ehtiyatların məbləği 15 milyard 193,4 milyon ABŞ dollar olub. Bundan sonra, valyuta ehtiyatları azalmağa başlayıb. 2015-ci ilin yanvar ayının yekununa görə isə, ehtiyatların həcmi 12 milyard 680,6 milyon dollar olub. Başqa sözlə, son 6 ayda ehtiyatlar 16,5%, və ya hər ay orta hesabla 419 milyon dollar azalıb.
Xatırladaq ki, AMB-nin valyuta ehtiyatlarının azalması ölkədə ABŞ dollarına tələbatın artması ilə bağlıdır. AMB daxili bazarda dolların bahalaşmasının qarşısını almaq üçün öz ehtiyatlarından istifadə edir. Təkcə son iki ayda (dekabr-yanvar aylarında) manatın ucuzlaşmasının qarşısını almaq Mərkəzi Banka 2 315 milyon dollara başa gəlib.
Tarix
|
Valyuta ehtiyatları
(ABŞ dollar ilə) |
31.01.2015 |
12 680,8 |
31.12.2014 |
13 758,3 |
30.11.2014 |
14 996,3 |
31.10.2014 |
15 033,6 |
30.09.2014 |
15 042,4 |
31.08.2014 |
15 190,9 |
31.07.2014 |
15 193,4 |
30.06.2014 |
15 163,2 |
31.05.2014 |
15 091,3 |
30.04.2014 |
14 871,1 |
31.03.2014 |
14 715,7 |
28.02.2014 |
14 444,8 |
31.01.2014 |
14 219,3 |
30.12.2013 |
14 152,0 |