Azərbaycanda bank sisteminin ciddi problemləri var. Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “İslam maliyyəsi: müasir vəziyyət və gələcək proqnozlar” adlı beynəlxalq konfransda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, ölkədə 4 ildir ki, ardıcıl olaraq islam maliyyələşməsinə dair beynəlxalq tədbirlər keçirilsə də, bu istiqamətdə ciddi inkişaf yoxdur: “Bank sistemi elə bir bir çətin vəziyyətdədir ki, islam bankçılığı barədə düşünə bilmir. Halbuki, bu sahənin inkişafı üçün banklarda şəffaflıq olmalıdır, bu da Azərbaycanda problemdir”.