Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 9-nun məcmu kapitalı 100 milyon manatdan çoxdur. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, elə 9 bankın da məcmu kapitalı 60-100 milyon manat civarındadır. 23 bank isə 50-60 milyon manatlıq məcmu kapitala malikdir. 4 bankın məcmu kapitalı isə 50 milyon manatdan azdır.
Xatırladaq ki, bu il yanvarın 1-nə qədər məcmu kapitalını 50 milyon manata çatdıra bilməyən banklar bazarı tərk etməli idi. Amma göründüyü kimi, 4 banka güzəşt edilib. Bunlar “Azərbaycan Kredit Bankı”, “Eurobank”, “Naxçıvanbank” və Pakistan Milli Bankının Bakı filialıdır.