30 Oktyabr

Yanvar ayında regionlarda cəmi 1 yeni bankomat quraşdırılıb

2014-cü ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda quraşdırılmış POS-terminalların sayı 74584 olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin yekunlarına ilə müqayisədə 1571 ədəd çoxdur. Ay ərzində Bakıdakı POS-terminalların sayı 244 ədəd artaraq 50294-ə, regionlardakı POS-terminalların sayı isə 1327 ədəd artaraq 24290-a çatıb.
Yanvar ayının yekunlarına görə, ölkədə quraşdırılmış bankomatların sayı isə 2618 olub. Bu da 2014-cü ilin yekunlarına ilə müqayisədə 10 ədəd çoxdur. Ay ərzində Bakıdakı bankomatların sayı 9 ədəd artaraq 1480-ə çatıb. Regionlarda bankomatların sayı isə cəmi 1 ədəd artaraq 1138-ə çatıb.