2015-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 30,9 milyon manat olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 26,5% çoxdur. Təkcə yanvarda isə problemli kreditlərin məbləği 5,6% artıb.
Problemli kreditlərin ümumi kredit portfelində payı isə həm son 1 ildə, həm də son 1 ayda 5,3%-dən 5,5%-ə yüksəlib.