30 Oktyabr

Əksər sahələrə kredit qoyuluşu azalıb

2015-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18,58 milyard manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Son 1 ayda isə kreditlərdə artım 0,2% olub. Bu artım isə energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlərin hesabına təmin olunub. Yanvar ayının yekunlarına görə, bu sahəyə 235,7 milyon manat kredit ayrılıb. Bu da ümumi kredit portfelinin 1,3%-ni təşkil etməklə 2014-cü ilin yekunları ilə müqayisədə 20,4% çoxdur.

Kreditlərin 44%-i və yaxud 7 milyard 724,1 milyon manatı fiziki şəxslərə verilmiş istehlak kreditləri olub. Amma ötən ilin yekunları ilə müqayisədə bu kreditlər 7,7 milyon manat azalıb.

Ay ərzində ticarət və xidmət sektoruna ayrılmış kreditlər 32,3 milyon manat azalaraq 2 milyard 648,3 milyon manat (kredit portfelinin 14,3%-i), kənd təsərrüfatı və emal sektoruna verilmiş kreditlər 4,8 milyon manat azalaraq 842,5 milyon manat (kredit portfelinin 4,5%-i), inşaat və əmlak sektoruna yönəldilmiş kreditlər 7 milyon manat azalaraq 2 milyard 548,1 milyon manat (kredit portfelinin 13,7%-i), sənaye və istehsal ektorunun kreditləşməsi 20,7 milyon manat azalaraq 2 milyard 7,1 milyon manat (kredit portfelinin 10,8%-i), nəqliyyat və rabitə sektorununb kreditləşməsi 9,5 milyon manat azalaraq 726,5 milyon manat (kredit portfelinin 3,9%-i) təşkil edib.