30 Oktyabr

Bu bank müştərilərinə 50% endirim edəcək

“Azər-Türk Bank” müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni kampaniyaya start verib. Bankdan fins.az-a verilən məlumata görə, “MasterCard” ödəniş kartlarının müxtəlif növlərini indi 50% endirimlə almaq olar. Martın əvvəlindən başlanan kampaniya yaz ayları boyunca davam edəcək.
Bankın ödəniş kartları vasitəsilə “Card-to-Card”, “SMS-bankçılıq”, “SMS-xəbərdarlıq”, “İnternet-bankçılıq” xidmətlərindən faydalanmaq olur. Bu kartların əsas üstünlüyü “3D Secure”xidməti ilə təmin olunmasıdır.