2015-ci ilin fevral ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard ABŞ dolları təşkil edib. Bu barədə fins.az AMB-nin saytına istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8%, ilin əvvəlində nisbətən 20% azdır. Son 1 ayda isə valyuta ehtiyatları 13,2% və yaxud 1,7 milyard dollara yaxın azalıb.