30 phrase_var_core.october

“DəmirBank” əmanətlərin faiz dərəcələrini artırdı

“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin ABŞ valyutası üzrə illik faiz dərəcələrini artırıb.

Bankdan fins.az-a verilən məlumata görə, hazırda “Göy” əmanət növünün həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri ilə 13,5%, “Qırmızı əmanət növünün hər iki valyuta üzrə illik faiz dərəcələri isə 11% təşkil edir.

İstənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy” və “Qırmızı” əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” və “Qırmızı” əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.
Göy əmanət növünün əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. Qırmızı əmanət növü isə digər əmanətlərdən hesabın 3-cü şəxsin adına açıla bilmə imkanı ilə fərqlənir.