30 phrase_var_core.october

Pakistan bankının taleyi həll olunur

Bu gün Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfərə gəlib. Fins.az-ın məlumatına görə, səfər Prezident İlham Əliyevin dəvəti ilə baş tutub. Qonağı Pakistan rəsmilərindən və iş adamlarından ibarət nümayəndə heyəti müşaiyət edir.

Səfər çərçivəsində iki dövlət arasında iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair 4 sənəd imzalanacaq, biznes-forum keçiriləcək.
Pakistan Milli Bankının Bakı filialının bundan sonrakı taleyinə də iki ölkənin rəsmilərinin görüşündən sora aydınlıq gətiriləcək. Xatırladaq ki, filial Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbinə (50 milyon mant) cavab vermir və 2014-cü ilin yekunlarına görə, onun məcmu kapitalı 10 milyon 332 min manat olub.