Pakistan Milli Bankının Bakı filialına məcmu kapitalını Azərbaycan Mərkəzi Bankının (AMB) tələbinə (50 milyon manat) uyğunlaşdırmaq üçün yenidən vaxt verilib. Bu barədə fins.az-a filialın baş menecerinin müavini Sahib Quliyev məlumat verib. Onun sözlərinə görə, bankın Azərbaycandakı fəaliyyəti iki ölkə arasında ən yüksək səviyyədə (Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfəri çərçivəsində) müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, kapitalın hansı müddətdə artırılması AMB və Pakistan Milli Bankının baş ofisi arasında razılaşdırılsın: “Bank elə indiki kapitalı ilə işləməkdə davam edəcək. Kapitalın artırılması daha çox texniki məsələdir. Pakistan Maliyyə Nazirliyi yəgin ki, danışıqların nəticəsi barədə məlumatlandırılıb və kapitalla bağlı məsələ həll ediləcək”.