30 phrase_var_core.october

“Bank VTB (Azərbaycan)” kredit faizlərini artıracaq

Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin 9%-dən 12%-ə qaldırılması kredit faizlərinin artmasına səbəb olacaq. Fins.az-ın “APA”ya istinadən yaydığı məlumata görə, bunu “Bank VTB (Azərbvaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib. Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi bank illik 12%-lə əmanət qəbul edir: “Pul bahalaşdıqca, onun bazarda yerləşdirilməsi də bir o qədər baha başa gəlir. Düşünürəm ki, kredit faizlərinin o qədər də güclü yox, amma müəyyən yüksəlişi, müxtəlif məhsullar üzrə haradasa 1-2% həcmində baş verəcək. Bu da ilk növbədə bazarda manatın son devalvasiya prosesindən asılıdır”.
Yuri Yakovlev ABŞ dolları ilə götürülmüş kreditlərin qaytarılması məsələsindən də danışıb. Onun sözlərinə görə, kreditlərin əvvəlki məzənnə ilə ödənilməsinin heç bir hüquqi əsas yoxdur: “Biz hər zaman müştərilərlə müqavilə bağlayarkən məzənnənin dəyişməsi ilə bağlı bəndi orada qeyd edirik. Biz ödənişlərin həyata keçirildiyi vaxt mövcud olan məzənnəni nəzərə alırıq. Əhali başa düşməlidir ki, banklar da çətin vəziyyətdədir. Uzun müddətdir ki, manatın dollara nisbətən daha möhkəm olmasını nəzərə alaraq, kimsə dollarla kredit götürməyə üstünlük verib. Vəziyyətdən çıxış yolu tapmaq və yeni qaydalara uyğun şəkildə işləmək lazımdır” – deyə Yuri Yakovlev bildirib.