Martın 29-dan etibarən Bakı Fond Birjasında (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin satışına başlanılacaq. Bu barədə fins.az-a BFB-dən məlumat verilib. Məlumata görə, səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin martın 11-də qeydə aldığı səhm emissiyasına görə, hərraca hər birinin nominal dəyəri 0.27 manat olan 370 370 371 səhmin çıxarılması nəzərdə tutulub. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 17% və yaxud 100 milyon manat artaraq indiki 590 milyon manatdan 690 milyon manata çatacaq. Bu il, iyunun 11-də başa çatacaq yerləşdirmənin anderrateri "İnterneyşnl Tranzakşn Sistem" MMC-dir.