Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib. Bu barədə fins.az banka istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının bu gün keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.
İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.
Azərbaycan dövlətini Bankda təmsil edən Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.