Bu həftə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun, eləcə də onun müavini Xəqani Abdullayevin səlahiyyət müddəti başa çatır. Bu barədə fins.az “Report”a istinadən xəbər verir.
Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında" layihə müzakirə olunacaq. Həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib. Həm Elman Rüstəmov, həm də Xəqani Abdullayev yenidən Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyə namizəddir.