30 phrase_var_core.october

1 ilə 66 milyon manat mənfəəti olub

2014-cü ilin yekunlarına görə, “Kapital Bank”ın aktivləri 1 milyard 380,8 milyon manat təşkil edib. Fins.az-ın “Turan”a istinadən yaydığı məlumata görə, bu, 2013-cü ilin yekunlarına nisbətən 30,9% çoxdur.
Son 1 ildə bankın kredit portfeli 31,4% artaraq 905,1 milyon manat, öhdəlikləri isə 24,9% artaraq 1 milyard 94,8 milyon manat olub.
Bankın məcmu kapitalı 60,4% artımla 285,2 milyon manat, nizamnamə kapitalı isə 2,3 dəfə artımla 185,9 milyon manat təşkil edib.
Bank il ərzində 65,9 milyon manat xalis mənfəət əldə edib.
Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,87%-i “PAŞA Holdinq”ə məxsusdur.