“Expressbank” ölkə vətəndaşlarına istifadə etdikləri elektrik enerjinin haqqını “ExpressPay” terminalları vasitəsilə ödəmək imkanı yaradıb. Bu barədə fins.az-a bankdan məlumat verilib.
Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “Bakı taksi”, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom–BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.
2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.