30 phrase_var_core.october

“Bank Avrasiya” işçi axtarır – 1300 manat maaş

“Bank Avrasiya” “Korporativ bankçılıq departamentinin direktoru” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali iqtisadi və yaxud biznes təhsilli olmalı, xarici dil bilməli, MS Office proqramlarında işləməyi bacarmalıdır. Korporativ müştərilərə xidmət sahəsində azı 5 illik bank təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
- Korporativ biznes üzrə bankın strategiyasının, daxili təlimat və qaydalarının, onlara əlavə və dəyişikliklərin layihələrini hazırlamaq;
- Korporativ müştərilərə bank məhsul və xidmətlərinin satışı standartlarını, onlara əlavə və dəyişikliklərin layihələrini hazırlamaq;
- Korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidmət strukturlarına yaxından əməli köməklik göstərmək;
- Bankın müştəri əlaqələrini idarəetmə (CRM) üzrə layihələrini idarə etmək;
- Korporativ müştərilərin banka cəlb olunmasını təşkil etmək;
- Potensial korporativ müştərilərin Bankın məhsul və xidmətləri barədə məlumatlandırılması üçün lazım olan təşviqat-təbliğat tədbirləri sifariş etmək və icrasına nəzarət etmək;
- Bankın korporativ məhsul və xidmətlərinin təşviqat materiallarının strukturunu və mətnini hazırlamaq, onları lazımi struktur bölməsinə sifariş etmək;
- Bankın korporativ bank biznesi fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrini hazırlamaq və tətbiq etmək;
- Bankın mövcud məhsulları əsasında çarpaz satış (cross-selling) və üst satış (up-selling) imkanları verən xüsusi məhsul və xidmətləri hazırlamaq;
- Korporativ biznesin inkişafına kömək edən digər bütün işləri görmək;
- Departamentin işini planlaşdırmaq və təşkil etmək;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlamaq;

Maraqlananlar aprelin 17-nə qədər öz CV-lərini [email protected] electron poçt ünvanına göndərə bilərlər.