30 phrase_var_core.october

“1 milyard dollardan çox pul xərcləmişik”

Azərbaycan Mərkəzi Bankı (AMB) manatı kəskin ucuzlaşdırdıqdan sonra dollara tələbatı ödəmək üçün valyuta bazarına 1 milyard dollardan çox pul çıxarıb. Fins.az-ın məlumatına görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, buna səbəb ölkədə dollarlaşma prosesinin getməsidir: “Əgər kimlərsə əllərində olan pulu dollara çevirmək istəyirsə, biz buna mane ola bilmərik. Digər tərəfdən xarici ölkələrdə istehsal olunmuş malları Azərbaycana idxal etmək üçün dollar lazımdır. Bu tələbatı da ödəyirik”.

Ölkənin baş bankiri rəhbərlik etdiyi qurumun valyuta ehtiyatlarının məbləğini də açıqlayıb. Elman Rüstəmov bu rəqəmin 10 milyard dollara yaxın olduğunu bildirib. Amma o, ilin sonuna qədər valyuta ehtiyatlarının nə qədər olacağı ilə bağlı proqnoz verməyib və bunu deməyin çətin olduğunu qeyd edib.