30 Oktyabr

Bank aktivləri 1 ayda 14%-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanda bank aktivləri 28 milyard 632,5 milyon manat təşkil edib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu yanvar ayının yekunu ilə müqayisədə 3 milyard 794,8 milyon manat çoxdur. Xatırladaq ki, fevralın 1-nə aktivlərin məbləği 24 milyard 837,7 milyon manat təşkil etmişdi.
Aktivlər manatla artsa da, dollarla əksinə azalıb. Məsələ ondadır ki, yanvar ayının sonuna Azərbaycanda 1 ABŞ dolları 0,7844 manata bərabər olub. Başqa sözlə, aktivlərin məbləği 31 milyard 665 milyon dollar təşkil edib.
Fevral ayının sonunda isə dolların məzənnəsi 1,0496 manata bərabər olub. Yəni, aktivlərin məbləği 27 milyard 280 milyon dollar təşkil edib. Deməli, aktivlər dollarla ifadədə 13,85% azalıb.