30 Oktyabr

Kredit qoyuluşu 1 ayda 16%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanda krediti qoyuluşu 20 milyard 137,7 milyon manat təşkil edib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu yanvar ayının yekunu ilə müqayisədə 2 milyard 117,4 milyon manat çoxdur. Xatırladaq ki, fevralın 1-nə kreditlərin məbləği 18 milyard 20,3 milyon manat təşkil etmişdi.
Kredit qoyuluşu manatla artsa da, dollarla əksinə azalıb. Məsələ ondadır ki, yanvar ayının sonuna Azərbaycanda 1 ABŞ dolları 0,7844 manata bərabər olub. Başqa sözlə, kreditlərin məbləği 22 milyard 973 milyon dollar təşkil edib.
Fevral ayının sonunda isə dolların məzənnəsi 1,0496 manata bərabər olub. Yəni, kreditlərin məbləği 19 milyard 186 milyon dollar təşkil edib. Deməli, kreditlər dollarla ifadədə 16,48% azalıb.