“AGBank” Gəncə, Yevlax və Şamaxı filiallarına “Problemli kreditlərin yığılması üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər kişi cinsindən, 24-35 yaşında, ali təhsilli olmalı, MS Office proqramlarında işləməyi bacarmalıdır. Sürücülük vəsiqəsinin olması arzu ediləndir. Bank sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərlə əlaqə yaratmaq, kredit ödənişlərini təmin etmək;
- Müştərilər haqqında məlumatlar toplamaq;
- Borc və borcalanın hüquqi statusu haqqında məlumatlar əldə etmək və vermək;
- Fəaliyyətlə bağlı hesabat hazırlamaq;
İş vaxt həftənin 5 günü saat 09:00-dan 18:00-a qədərdir. İşə qəbul olunan şəxslərlə əmək müqaviləsi bağlanılır.
Maraqlananlar öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Əlaqəli şəxs Zaur İzmaylovdur. Məktubun mövzu yerində vəzifənin adı və filialın yerləşdiyi şəhərin adı qeyd olunmalıdır.