30 Oktyabr

“Unibank” Nyu-Yorka gedən müştərini axtarır

“Unibank”ın “Albalı PLUS” kartının sahibləri cəmi 1 manatlıq alış-veriş etməklə ABŞ-ın Nyu-York şəhərini fəth bilərlər. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, müştərilər aprelin 14-dən iyunun 30-dək nağdsız qaydada “Qiymətsiz Üstünlüklər” satış məntəqələrində etdikləri alış-veriş zamanı POS terminallardan və ya internetdən (elektron ticarət) istifadə etdikdə lotereyada iştirak etmək imkanı qazanacaq. Hər bir ödəniş əməliyyatı (dəyəri 1 manat və ekvivalentindən artıq olduqda) 1 uduş şansı kimi dəyərləndiriləcək.
“Qiymətsiz Üstünlüklər” satış məntəqələri aşağıdakılardır:
“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Pitstop”, “Günaydın”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Skandinaviya Evi”, “Medistyle”, “Buta Sighorta”, “Kilim Mebel”, “Puma”, “Nike”, “Garege Iskender”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Café”, “Planetarium”, “Scallezioni”, “Jasmin Wedding”, “Pəncərə”, “Mado Japan”, “Finestra”, “Sherlock beach”, “LTB”
Lotereyanın baş mükafatı 4 gecəlik otel qonaqlaması, aeroport-şəhər-aeroport transfer xərcləri də daxil olmaqla 2 nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçinin müşayiəti ilə Nyu-York şəhər turudur. Üstəlik əsas qalibə “MasterCard” ilə alış-veriş üçün 1000 manat vəsait də Mastercard tərəfindən hədiyyə ediləcək. Lotereyanın 10 qalibini “iPhone 6” telefonu, 20 nəfəri isə hər biri 100 manat olan və “Mastercard” partnyorlarının şəbəkədaxili mağazalarında istifadə oluna bilən hədiyyə sertifikatı gözləyir.