Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin banklardakı əmanətlərinin strukturunu açıqlayıb. Bu barədə fins.az AMB-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, 7 milyard 932,7 milyon manatlıq əmanətin təxminən 4 milyard 944,9 milyon manatlıq hissəsi, yəni 62,3%-i xarici valyutada yerləşdirilib. Yanvar ayının yekununda isə bu nisbət 40% olub. Əmanətlərdə dollarlaşmanın kəskin artması fevralın 21-də Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ilə bağlıdır.