2015-ci ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 138,2 milyon manat olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 36,9% çoxdur. Təkcə fevralda isə problemli kreditlərin məbləği 10,4% artıb. Kəskin artım Azərbaycanda milli valyutanın kəskin ucuzlaşdırılması, dollarla götürülmüş kreditlərin ödənilməsində problemlərin yaranması ilə bağlıdır.
Problemli kreditlərin ümumi kredit portfelində payı isə 5,5% olub. Bu göstərici son 1 ayda sabit qalsa da, son 1 ildə 0,2% bənd artıb.