“Rabitəbank” “Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali təhsilli olmalı, hesabat hazırlamağı, sənədlərlə işləməyi bacarmalıdır. Bank sektorunda kart biznesi üzrə azı 1 illik iş təcrübəsi tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Ekvayrinq (kartların qəbulu) şəbəkəsinin genişləndirilməsi və inkişafı vasitəsilə bankın komissiya gəlirlərini artırmaq;
- Bankın filiallarına, ticarət müəssisələri və partnyorlarına məsləhət və texnoloji dəstək etmək;
- Maddi resursların qeydiyyat və hesabatını aparmaq;
- Ekvayrinq şəbəkəsi üzrə hesabatları aparmaq və təqdim etmək;
- Yeni ticarət müəsissələrinin (elektron mağazalar daxil olmaqla) və partnyorlarının banka xidmətə cəlb edilməsi üzrə işləri aparmaq;
- Ticarət müəssisələri işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
- Kart biznesi məhsullarının yaradılmasında və tətbiqində iştirak etmək;
- Pos-terminalların xidmətini və profilaktik işlərini təmin etmək;
- Kart biznesi üzrə partnyorlar bazasını aparmaq və dəstəkləmək;
Maraqlanan şəxslərdən öz CV-lərini [email protected] elektron poçt ünvanında göndərə və ya “Rabitəbank”ın rəsmi internet səhifəsində (www.rabitabank.com) CV formasını dolduraraq müraciət edə bilərlər.