“Azərbaycan Beynəlxalq Bankı” (ABB) İslam pəncərəsi çərçivəsində ipoteka kreditlərinin verilməsini müvəqqəti dayandırıb. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə məlumat verib. Onun sözlərinə əsasən, bu qərar bazarda yaranmış vəziyyətlə bağlıdır: “İslam bankçılıq pəncərəsi vasitəsilə ipotekanın maliyyələşdirilməsi ABB-nin startegiya və siyasətindən tam asılıdır. Hazırda bu layihənin və onun imkanlarını yenidən qiymətləndiririk, buna görə də ipotekanın verilməsini müvəqqəti dayandırmışıq".
ABB rəsmisi İslam pəncərəsi çərçivəsində ipotekanın maliyyələşdirilməsinin nə vaxt bərpa ediləcəyini açıqlamaqda çətinlik çəkdiyini deyib və bildirib ki, bu, bank rəhbərliyinin qərarından asılıdır.